Cəmiyyət

Eldəniz Vəliyev: “Sayğacların birinin digərindən əlavə sərfiyyat yazması həqiqəti əks etdirmir”

Sharing is caring!


“Smartkart və mexaniki tipli sayğacların birinin digərindən əlavə sərfiyyat yazması ilə bağlı əhali arasında gəzən şayiələr həqiqəti əks etdirmir. Biz bunu istənilən formada sübut edə bilərik”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev deyib. 

O bildirib ki, biz bununla bağlı şikayəti olan, iddiası olan vətəndaşları sayğacların yoxlanılması prosesinə dəvət edirik:

“Vətəndaş müraciət etsin, iddiasını bildirsin. Əgər abonent düşünürsə ki, smartkart tipli sayğaclar mexaniki tipli sayğaclardan artıq sərfiyyat yazır “Azəriqaz” İB-yə müraciət edir. 

Müraciət əsasında abonentin öz iştirakı ilə əməkdaşlarımız onun sayğacını çıxarır, xüsusi qaydada laboratoriyaya aparırlar. Abonentin özünün bu sistemdən anlayışı yoxdursa, tanıdığı, bildiyi mütəxəssisi çağıra bilər və sayğacın laborator müayinəsi aparıla bilər. Çünki “Azəriqaz” İB öz istəyinə, kefinə görə xaricdən sayğac alıb onun kütləvi tətbiqini həyata keçirmir. Bu proses normativlərə uyğun və razılaşdırılmış formada aparıldığı üçün burada hər hansı fərqdən söhbət gedə bilməz. Sayğacların biri az , digəri çox sərfiyyat yaza bilməz”. 

E.Vəliyev onu da əlavə edib ki, praktikada bənzər laborator müayinə həyata keçirilib: 

“İki il öncə də belə bir mövzu var idi. Biz açıq formada həmin abonentləri dəvət etdik ki, sizin öz iştirakınızla, mütəxəssislərin iştirakı ilə sayğacınızı yoxlayaq. Müraciət edən 40 nəfərdən yalnız 7 nəfər bu dəvətimizdə iştirak edib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir