Cəmiyyət

Prokurorluq binasında intihar edən keçmiş polislə bağlı AÇIQLAMA

Sharing is caring!


“Mingəçevir şəhər prokurorluğunun binasından özünü ataraq intihar edən Turalə Aslanovanın işi ilə bağlı araşdırma davam etdirilir”.

“Report” xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandırarkən Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

Onun sözlərinə görə, bu işlə bağlı çoxsaylı dindirmə aparılır.

Qeyd edək ki, iyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova müqavilə əsasında xidmət göstərən vəkili Emin Atabəy oğlu Kiçikbəyovun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.

İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.

T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir