Cəmiyyət

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir

Sharing is caring!


Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15,8-ci, 17,2-ci və 18,6-cı km hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün agentlik tərəfindən işlər aparılır.

Artıq yolun 15,8-ci km hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir