Cəmiyyət

Şəkidə “Range Rover” yanıb

Sharing is caring!


Şəkidə “Range Rover” yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 16:30-da Şəki şəhəri, M.F.Axundov prospektində baş verib. 2000-ci il təvəllüdlü Elvin Bayraməli oğlu Qədirlinin idarə etdiyi “Range Rover” markalı 99-HB-090 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb ediliblər.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir