Cəmiyyət

“Bakı Metropoliteni” rəsmisi: “QR bilet yalnız bir gediş üçün etibarlıdır” – FOTO

Sharing is caring!


“Sərnişinlərin diqqətinə çatdırırıq ki, QR bilet yalnız bir gediş üçün etibarlıdır”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, QR bilet 5 dəqiqə ərzində etibarlıdır:

“QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343” qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

B.Məmmədov onu da qeyd edib ki, “K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə “bənövşəyi xətt”in “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək:

“Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə yaşıl və qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb”.

Qeyd edək ki, “Bakı metropoliteni”ndə gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir