Cəmiyyət

Yeznəsini öldürməkdə ittiham edilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Sharing is caring!


Yeznəsini öldürməkdə ittiham edilən Cavid Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən Cavid Həmidovun işi üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Vüqar Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, mayın 24-də Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. O, hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir