Cəmiyyət

Qusarda avtomobil ağaca çırpılıb, xəsarət alan şəxs sıxılmış vəziyyətdə qalıb

Sharing is caring!


Qusarda avtomobil ağaca çırpılıb, xəsarət alan şəxs sıxılmış vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Bala Qusar kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir