Cəmiyyət

Prokurorluğa işə qəbulla bağlı namizədlərə müraciət olunub

Sharing is caring!


Prokurorluğa işə qəbulla bağlı namizədlərə müraciət olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə etmək olar.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

-Azərbaycan Respublikasının Konstitusiyası;

– “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir