Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Binəqədidə qaz təchizatı dayandırılacaq

Sharing is caring!


Payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində üç ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində bir ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sabah saat 10:00-da qaz təchizatı dayandırılacaq. 

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir