Cəmiyyət

İşxan Verdyan: “Qarabağdakı pedofillər uşaqları çirkin oyunlarına alət ediblər”

Sharing is caring!


Erməni bloqer İşxan Verdyan Qarabağdakı separatçı rejimin qalıqlarının liderlərini uşaqlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etdiklərinə görə tənqid edib.

“Qarabağda, konkret olaraq Xankəndi şəhərində, pedofillər uşaqların iştirakı ilə növbəti aksiya keçiriblər, məqsəd Fransaya təşəkkür etmək idi. Bəs Qarabağdakı uşaqlar Fransaya nəyə görə təşəkkür edirlər? Bəlkə, Fransadan gələn TIR-lar onlara çatıb? Ümumiyyətlə, bu yük maşınlarının heç olmasa bir gün onlara çatmaq imkanı varmı?

Aydındır ki, uşaqların hərəkətlərinə Qarabağdakı pedofillər rəhbərlik edirlər, amma ümid etmək istərdim ki, bu dəfə uşaqlar deyil, pedofillər öz əməllərinə görə cavab verəcəklər”, – deyə fəal özünün “Telegram” kanalında yazıb.

İ.Verdyan ondan çox az şeyin asılı olmasından təəssüfləndiyini bildirib.

“Bu o andır ki, həqiqətən də, Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşı olmaq istərdim”, – deyə erməni bloqer əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir