Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq – YENİLƏNİB

Sharing is caring!


Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 30-da saat 08:00-dan “Kürdəmir” ölçü qovşağından qidalanan qaz kəmərinin və saat 10:00-dan “Türkan-1” QPS-dən Türkan qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan Yasamal rayonu Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Ucar” QPS-in ərazisində yeni siyirtmələrin və saat 10:00-dan “Tovuz” QPS-in qol qaz kəməri üzərində 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

09:28

Bu gün Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan ortatəzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və “Sabunçu ümumi” ölçü qovşağından qidalanan ortatəzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı avqustun 29-da saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir