Cəmiyyət

Selin ən çox zərər vurduğu kənddə bərpa işləri – VİDEO

Sharing is caring!


İsmayıllı rayonu, Mollaisaqlı kəndinə yağan güclü yağış nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Belə ki, ərazidə işləri nəzarətə götürmək məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kəndə gələrək mövcud vəziyyətlə maraqlanıb, zərərçəkmiş vətəndaşlarla görüşüb.

Həmçinin təbii fəlakət nəticəsində ziyan dəymiş evlərə və təsərrüfatlara baxış keçirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, eləcə də bir sıra idarə və müəssisə rəhbərləri ərazidədirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir