Cəmiyyət

Nazir Qaraşovun rəhbəri olduğu idarəni iki hissəyə böldü, əvvəlki rəisə də vəzifə verdi – FOTO

Sharing is caring!


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlunun rəhbəri olduğu idarəni iki quruma ayırıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, polkovnik Seymur Qaraşov Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qurum iki hissəyə bölünüb və yerində Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi yaradılıb.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.

Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin Seymur Qaraşovdan öncəki rəisi, polkovnik Sahib Rzayev isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, ötən ay Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir