Cəmiyyət

Kliniki Tibbi Mərkəzdən verilən analizin cavabı səhv çıxıb? – YENİLƏNİB + FOTO

Sharing is caring!


Vətəndaşın Kliniki Tibbi Mərkəzdə analiz verdiyi və nəticələrin yanlış çıxdığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bununla bağlı Kliniki Tibbi Mərkəzdən (KTM) Oxu.Az-a verilən məlumatda qeyd edilib.

Məlumata görə, vətəndaş Kliniki Tibbi Mərkəzdə heç bir analiz verməyib:

“Vətəndaş analizi başqa tibb müəssisəsində verib. Sadəcə olaraq həmin vətəndaş yenidən KTM-də qan vermək istəyib. Bizim əməkdaşlar vətəndaşın analiz nəticəsinə əsasən qan götürməkdən imtina ediblər. KTM-də heç bir analiz götürülməyib və yanlış cavablar olmayıb”.

15:34

Vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Kliniki Tibbi Mərkəzdən narazıdır.

T.M. adlı şəxs iddia edib ki, mərkəzdə və başqa klinikada verdiyi qan analizinin nəticələri fərqli olub:

“Mərkəzdə qohumum üçün qan vermək istədim. Mənə həkimlər bildirirdilər ki, qanımda hepatit B çıxıb və analiz verə bilmərəm. Düzü, buna çox təəccübləndim. Çünki hər altı aydan bir müayinə olunuram və bu cavaba inanmadım. Başqa xəstəxanada analiz verdim. Cavab neqativ oldu”.

Oxu.Az olaraq, məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) dəfələrlə sorğu ünvanlasaq da, hələ heç bir cavab verilməyib. 

İlhamə Əbülfət, Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir