Cəmiyyət

Bakıda zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb – FOTO

Sharing is caring!


Artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, mütəxəssislərin yekdil rəyinə görə, əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal bütün dünyanı bürüyüb:

“Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyəti araşdırılıb. Xüsusi olaraq Bakıya xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır”.

BŞİH-dən o da bildirilib ki, zeytun ağaclarının cavanlaşdırılması məqsədi ilə payız mövsümündə bu ağacların budanması aparılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir