Cəmiyyət

Zaqatalada qəza: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 22:20-də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı beş nəfər xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir