Cəmiyyət

Naxçıvan Gənclər və İdman Nazirliyinin iki vəzifəli şəxsi işdən çıxarılıb

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad olunublar.

“Nuhçıxan” İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Məcid Seyidovun imzaladığı əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Tahir Məmmədli vəzifədən azad edilib. Eyni zamanda, digər əmrlə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov da işdən azad olunub.

Məcid Seyidovun əmrinə əsasən, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin yeni rəisi də təyin edilib. Bu vəzifəyə Tahir Məmmədli təyinat alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir