Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşmüş Baba Mikayılov dəfn edildi – FOTO

Sharing is caring!


Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Baba Mikayılov Şamaxıda dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Baba Mikayılovun meyitinin qalıqları rayonun Göylər kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, o, 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşanın Daşaltı kəndi ərazisində itkin düşmüşdü.

Xatırladaq ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Aparılmış ekshumasiya zamanı 10 nəfərin şəxsiyyəti müəyyən olunub.

Dəfndə şəhidin yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha çox foto burada: PhotoStock.az  

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir