Cəmiyyət

Cəzaçəkmə müəssisəsinə bibərin içində narkotik keçirməyə cəhd olunub – FOTO

Sharing is caring!


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Cinayət Məcəlləsinin 127.1; 221.3; 66.2 və 69.3-cü maddələri ilə məhkum edilmiş Nicat Nahid oğlu Salahova qohumu Yüksəl Xalid oğlu Dəmirovun gətirdiyi sovqatda şirin bibərin içərisində gizlədilmiş 3,315 qram heroin və 0,642 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir