Cəmiyyət

Şabranda qəza olub, ölən və yaralanan var

Sharing is caring!


Şabran rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 106-cı kilometrliyində, Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mitsubishi” markalı minik avtomobilinin bordürə çırpılması nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Şəfiqə Abdulmütəllib qızı Xasayeva hadisə yerində ölüb.

Digər paytaxt sakini Qalib Əhməd oğlu Xasayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir