Cəmiyyət

Bakıda minik maşını betonqarışdıran avtomobillə toqquşub – FOTO

Sharing is caring!


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Böyükşor gölünün üzərindəki, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yolda qeydə alınıb. Belə ki, nəqliyyat hadisəsi “Mitsubishi Pajero” və “Iveco” markalı betonqarışdıran maşının iştirakı ilə qeydə alınıb. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, gecə saatlarında sözügedən yolun işıqlandırılmaması səbəbindən tez-tez qəza hadisələri müşahidə edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir