Cəmiyyət

Bakıda minik avtomobili qatarla toqquşub – FOTO

Sharing is caring!


Bakıda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində qeydə alınıb.

Belə ki, qatar avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman “Suzuki” markalı maşın ona çırpılıb.

Məlumata görə, qadın sürücünün idarə etdiyi minik maşını qatarın yoluna çıxıb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, dəmiryolu xəttinin keçdiyi sözügedən ərazinin avtomobil yolunda rabitə siqnalizasiya sistemi və şlaqbaun yoxdur. Sürücülərin sözlərinə görə, həmin ərazidə keçidin qorunmaması səbəbindən qəza hadisələrinin başvermə ehtimalı yüksək olur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir