Cəmiyyət

“Azəriqaz”a sayğac plombunun qırılması ilə bağlı iki mindən çox məlumat daxil olub

Sharing is caring!


Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə qaz sayğaclarının plombunun zədələnməsi, qırılması ilə bağlı 2 118 məlumat daxil olub.

“Report” xəbər verir ki, bunu “Azəriqaz”ın “104” Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” günündə bildirib.

X.Şimşək vurğulayıb ki, təkcə iyul ayında bununla bağlı 293 müraciət daxil olub.

O qeyd edib ki, burada heç bir problem yoxdur:

“Əməkdaşlar sayğaca baxış keçirirlər. Əgər sayğaca heç bir müdaxilə halı yoxdursa, əməkdaşlarımız plombu dəyişdirirlər. Yox, əgər hər hansı hal aşkar edilirsə, həmin sayğac da müayinə üçün laboratoriyaya göndərilir”.

X.Şimşək bildirib ki, ümumilikdə bu ilin yanvar-iyul aylarında “Azəriqaz”ın “104” Qəza Çağrı Xidməti şöbəsinə 554 162 müraciət daxil olub: “Təkcə iyul ayında isə Birliyinin “104” Qəza Çağrı Xidməti şöbəsinə 53 647 müraciət daxil olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir