Cəmiyyət

Gəncədə 11 yaşlı yeniyetməni avtomobil vurub

Sharing is caring!


Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, yolu keçən 2012-ci il təvəllüdlü Yağmur Umud qızı İsgəndərovanı avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə əvvəlcə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir