Cəmiyyət

Tərtərin Talış kəndində 30 ildən sonra ilk körpə dünyaya gəlib

Sharing is caring!


Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib.

Bu barədə “Report”a Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Camalovların ailəsində dünyaya gələn körpəyə Zəhra adı verilib.

İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub.

Xatırladaq ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb, kənddə hazırda 20 ailə yaşayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir