Cəmiyyət

Beşinci sinif şagirdinin sizin köməyinizə ehtiyacı var – FOTO

Sharing is caring!


2011-ci il təvəllüdlü Zülfiyyə Nicat qızı Rüstəmli ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a anası Şamama Rüstəmova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Biz Ağdamda yaşayırıq. Hadisə 15 may tarixində baş verib. Belə ki, süfrədəki içi qaynar su dolu çaydan qızım Zülfiyyənin üzərinə dağılıb. Qızım bir neçə müddət Ağdamda müalicə alsa da xeyri olmadı. Onu Bakıya gətirmək məcburiyyətində qaldıq. Qızım Bakıdakı xəstəxanalardan birində müalicə aldı. 15 gün reanimasiyada qalan Zülfiyyə bir dəfə əməliyyat olundu. Maddi imkanımız olmadığı üçün tanıdığımız insanlardan borc alıb qızımın əməliyyat və müalicə xərclərini ödədik. Hazırda isə çox çətin vəziyyətlə üzləşmişik. İmkansızlıqdan Zülfiyyənin yaralarını bağlamaq üçün bint də ala bilmirik. İmkanlı şəxslərdən xahiş edirik ki, bizi bu günümüzdə tək qoymasınlar. Qızım Zülfiyyənin müalicəsi üçün 800 manatı toplamaqda bizə köməklik göstərsinlər”.

Əlaqə nömrəsi: (050) 899-29-97 (Şamama Rüstəmova)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir