Cəmiyyət

Göygöldə dağıntılar altında qalan şəxsin meyiti çıxarıldı

Sharing is caring!


Göygöl şəhərində fərdi yaşayış evində uçqun nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəhərdə fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Emin Əlivənd oğlu Cəfərovun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, evin zirzəmisinin çökməsi zamanı bir nəfər dağıntılar altında qalmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir