Cəmiyyət

“Qafqazinfo” 13 yaşını qeyd edir

Sharing is caring!


Bu gün “Qafqazinfo” xəbər portalının yarandığı gündür.

16 avqust 2010-cu ildə fəaliyyətə başlayan sayt bu illər ərzində inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 28 rəsmi əməkdaşı var. Bundan başqa, paytaxtdan kənar xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunublar.

Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı üçnövbəli sistemlə işləyir. 

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. Ən çox oxunan xəbər saytlarından biri olan “Qafqazinfo” oxucusuna istər ölkədaxili, istərsə də dünya hadisələrindən anında xəbər tutmaq imkanı verir. Oxucularını tək-tək toplayan sayt müxtəlif sahələri əhatə edən səkkiz bölməsi ilə bütün sosial qruplara hədəflənib. 

Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktiv səhifələri ilə fəaliyyət göstərir. Xəbər portalını eyni zamanda iOS və “Android” tipli telefonlar üçün yaradılan mobil tətbiqdən də izləyə bilərsiniz.

Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir.

Oxu.Az-ın kollektivi “Qafqazinfo” saytında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir