Cəmiyyət

İtkin hərbçimizin atası vəfat etdi

Sharing is caring!


44 günlük Vətən müharibəsində itkin düşən və bugünədək tapılmayan Asim Mehdiyevin atası Yaqub Mehdiyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan MAXE Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, yeddi noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.

Asim Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir