Cəmiyyət

Şuşada kütləvi məzarlıqda tapılan insan qalıqlarının qarın nahiyəsində mismarlar aşkarlanıb

Sharing is caring!


“Aşkarlanan altı nəfərə aid qalıqların qarın nahiyəsində nal mismarları aşkarlanıb”.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, bu da onlara mismarların məcburən uddurulmasına dəlalət edir:

“Həmçinin kəsici-deşici alətlərlə küt travmaların yetirilməsi, güllələnməsi, ətraf əzalarının kəsilməsi kimi hallar da aşkarlanıb”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir