Cəmiyyət

Sabah Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Sharing is caring!


Azərbaycan ərazisində avqustun 16-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 35-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı – 756 mm civə sütunu – olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir