Cəmiyyət

İstirahətdən qayıdan Bakı sakinlərinin zəhərlənmə səbəbi araşdırılır

Sharing is caring!


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi istirahətdən qayıdan Bakı sakinlərinin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyinin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən Hacıqabul rayonunda baş vermiş hadisənin səbəblərinin araşdırılmasına başlanıb:

“İlkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri istirahət məqsədilə səfər etdikləri Oğuz rayonunda ev şəraitində hazırladıqları və yol kənarından aldıqları qida məhsullarını istehlak etdikdən sonra geri qayıdarkən Hacıqabul rayonu ərazisində vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər. Tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar. Araşdırmalar davam edir”.

Qeyd edək ki, ötən gün istirahətdən qayıdan Bakı sakinlərinin vəziyyəti Hacıqabulda pisləşib. Qidadan zəhərləndikləri ehtimal olunan 1987-ci il təvəllüdlü Fidan Rauf qızı Adıgözəlova, 1994-cü il təvəllüdlü Bikəxanım Hafiz qızı Süleymanlı, 1952-ci il təvəllüdlü Sidiqə Məmmədağa qızı Sultanova və 2010-cu il təvəllüdlü Soltanəli Rövşən oğlu Məmmədli zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilmişdilər.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir