Cəmiyyət

Beş yaşlı Ümidin səxavətli insanların yardımına ehtiyacı var – FOTO/VİDEO

Sharing is caring!


Beş yaşlı Ümidin səxavətli insanların yardımına ehtiyacı var.

Onun anası, Göygöl rayon sakini Rüfanə Məmmədova xəstə övladı ilə əlaqədar Media.Az-a müraciət edib.

Rüfanə xanım bildirib ki, beş yaşlı oğlu Ümid doğulandan epilepsiya və serebral iflicdən əziyyət çəkirdi. Ümid iki aylıq olanda ona peyvənd vurulub və bundan sonra uşaqda qıcolmalar başlayıb.

“O vaxtdan oğlum gündə beş-altı dəfə qıcolmadan əziyyət çəkir. O, dəfələrlə kompüter tomoqrafiyasından, maqnit-rezonans tomoqrafiyasından və beynin elektroensefaloqrafiyasından keçib. Ümid qıcolmaya qarşı müxtəlif cür dərmanlar qəbul edir, amma onların faydası olmur”, – deyə Rüfanə Məmmədova qeyd edib.

Qadın bildirib ki, Ümidi üç aydan bir həkimə aparır, lakin ailə artıq müalicələrin və bahalı dərmanların pulunu qarşılaya bilmir. İndi ailənin 500 manata ehtiyacı var.

“Mənim üç övladım var. Ailədə işləyən yeganə adam həyat yoldaşımdır. O, çoban işləyir və günə 10 manat qazancı olur. Ümidin dərmanlarını almaq üçün bacardıqca qənaət edirik. İstəyirəm ki, oğlum qıcolmalardan əziyyət çəkməsin. Bu isə ancaq mərhəmətli insanların sayəsində mümkündür”, – deyə ana vurğulayıb.

Biz də öz növbəmizdə vətəndaşlarımızı ailənin düşdüyü bu ağır duruma biganə qalmamağa, hər kəsi balaca Ümidin probleminə diqqət yetirməyə, imkan daxilində ona kömək etməyə çağırırıq.

Ümidə yardım etmək istəyənlər aşağıdakı bank kartına pul köçürməklə azyaşlıya öz dəstəyini verə bilər:

4169 7388 9075 1716.

Ailə ilə əlaqə saxlamaq üçün (055) 557-43-29 nömrəsinə zəng edə bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir