Cəmiyyət

Şəkidə istirahət mərkəzində yanğın olub – VİDEO

Sharing is caring!


Şəkidə istirahət mərkəzində yanğın baş verib.

APA-nın məlumatına görə, axşam saat 17:30-də rayonun Kiş kənd inzibati ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş “Xanlənd Ekstrim Əyləncə Mərkəzi”nin ümumi sahəsi 4 kv/m olan koteclərinin birində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir