Cəmiyyət

İki yaşlı Onurun cəmi 10 günü qalıb: Təcili əməliyyat olmalıdır – FOTO

Sharing is caring!


İki yaşlı Onurun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aydan Vəlizadə məlumat verib.

O bildirib ki, övladı anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir:

“Onurun iki yaşı var. Anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Bu günə kimi dörd dəfə əməliyyat keçirib. Doğulan gündən müalicələrinin, əməliyyatlarının hamısını etmişik. Yenidən bir əməliyyat olmalıdır. Amma bunu qarşılamağa maddi gücümüz yoxdur. Dəyərli əşyalardan tutmuş, qızıllarıma qədər satmışam, inanın satmağa heç nəyim yoxdur”.

Aydan Vəlizadə övladının əməliyyatı üçün 6 000 manata ehtiyacları olduğunu deyib:

“Əməliyyat üçün lazım olan 6 000 manatın 4 000 manatını toplasaq da, geridə qalan 2 000 manatı tapmağa imkanımız yoxdur. Onurun vəziyyəti get-gedə ağırlaşır. Həkimlər ən geci 10 gün sonra əməliyyat olmalı olduğunu deyir. Yardımsevər şəxslərdən övladıma dəstək olmağı xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 553-57-48

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir