Cəmiyyət

Sumqayıtda sakinlər kommunal pulunu ödəmək istəmirlər – VİDEO

Sharing is caring!


Sakinlər binanın qanunsuz idarə olunduğunu iddia edirlər.

“Xezerxeber.az” xəbər verir ki, Sumqayıt şəhərində yerləşən “Sumqayıt 4” MMC-nin illər öncə tikib itifadəyə verdiyi binanın bir qurup sakini narazıqlıqlarını bildiriblər.

Onların iddiasına görə, binaya su vaxtında verilmir, liftlər normal işləmir. Sakinlər yaranmış vəziyyəti bununla əlaqələndirilər ki, onlardan yığılan kommunal pullar düzgün xərclənmir. Onlar MMC-nin həm yeni, həmdə keçmiş sədrinə etiraz olaraq komunal ödənişlərini etməkdən imtina ediblər.

“Sumqayıt 4” MMC-nin hazırkı sədri Əhməd İsayev də məsələyə münasibət bildirib. O ,qeyd edib ki, MMC-yə qanuni olaraq sədr seçilib: “Sakinlərin iddiasına gəlincə isə onlar yığılıb qalan komunal borclarını ödəməmək üçün bu addımı atıblar”.

Sakinlər mövcud məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir