Cəmiyyət

Balakəndə Azərbaycan bayrağının yırtılması ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Sharing is caring!


Bir neçə gün öncə sosial şəbəkələrdə yırtıq halda dalğalanan Azərbaycan bayrağının görüntüsü müzakirələrə səbəb olub.

Yayılan video ilə bağlı Balakən şəhər icra nümayəndəsinin müavini İlham Kaltayev bildirib ki, bayraq keçən həftə baş vermiş güclü külək nəticəsində yırtılıb:

“Bizim daima yeni bayrağımız olur. Əməkdaşlar tərəfindən həmin hadisə bizə bildirilib və səhər dərhal yenisi ilə əvəz olunub”.

İ.Kaltayev əlavə edib ki, 73 metr hündürlükdə olan bayraq küləyin istiqamətində olduğu üçün tez-tez belə hallar baş verir:

“Şəhər ərazisində əməkdaşlarımız daima nəzarətdə saxlayır və bizə bildirirlər. Biz də dərhal həmin məsələləri aradan qaldırırıq”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir