Cəmiyyət

Məleykə Abbaszadə: “İxtisas seçimində kənar şəxslərin köməyindən istifadə mənfi nəticələr verir”

Sharing is caring!


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı valideynlərə müraciət edib.

APA xəbər verir ki, o, ixtisas seçimində kənar şəxslərin köməyindən istifadə olunmasının mənfi nəticələr verdiyini diqqətə çatdırıb.

DİM rəhbəri ixtisas seçimi üçün kitabçaların hazırlandığını və orada ixtisasların, plan yerlərinin və ötən il üzrə keçid ballarının öz əksini tapdığını söyləyib. Qeyd edib ki, bu vəsaitlərdən istifadə etməklə doğru ixtisası seçmək mümkündür.

“Valideynlərə müraciət edirəm ki, ilk növbədə uşaqların istəklərini öyrənin, ondan sonra birgə seçim edin”, – o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir