Cəmiyyət

Abituriyentlərin NƏZƏRİNƏ: Kolleclərə sənəd qəbulu başlayır

Sharing is caring!


Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, müraciətçilər “portal.edu.az” saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir