Cəmiyyət

Şadlıq evləri qiymətləri artıracaq? – FOTO

Sharing is caring!


“Məhərrəm ayından sonra şadlıq evlərində bahalaşma gözlənilmir”.

Bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert ərzaq məhsullarında kifayət qədər bahalaşma olduğunu bildirib:

“Tədricən qiymətlərin stabilləşməsi, hətta bir qədər ucuzlaşması da gözlənilir. Restoranlar öz qiymətlərini kifayət qədər qaldırıblar, yeni qiymətlər səviyyəsinə adaptasiya ediblər. Həm də Dövlət Statistika Komitəsinin məlumatlarından anlaşılır ki, son aylar ərzaq qiymətlərində bir qədər azalma var”.

Ekspert yay aylarında meyvə-tərəvəz qiymətlərində ucuzlaşma olduğunu xatırladıb:

“Bu səbəbdən gözləmirəm ki, Məhərrəm ayı bitəndən sonra restoranlarda menyu qiymətini qaldırsınlar. Toy edənlərin sayı azalıb, bu səbəbdən ciddi rəqabət var. Restoranların qiymətləri süni şəkildə artırmaq imkanları məhduddur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir