Cəmiyyət

Bakıda 17 yaşlı oğlan itkin düşdü – FOTO

Sharing is caring!


Bakıda 17 yaşlı oğlan itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Azay İbrahimov avqustun 7-si səhər saat 9-10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Azayın atası İdris İbrahimovun verdiyi məlumata görə, onu sonuncu dəfə elə həmin gün axşam saat 19:00 radələrində Ağ Şəhərdə taksidən düşərkən görüblər:

“Həmin gün dostları ilə dənizdə olub. Mən işdə olmuşam. Təəssüf ki, heç bir dostu ilə əlaqəmiz yoxdur. Öz telefonuna da zəng çatmır. Heç bir xəbər ala bilmirik. Evdə də hər hansı bir problem yaşanmayıb. Bu gün 15-ci polis bölməsinə müraciət də etmişik. Araşdırma aparılır”.

Azay İbrahimov evdən çıxarkən əynində ağ köynək, qara şalvar olub. Onu görənlərdən (050) 613-45-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir