Cəmiyyət

Bakıda 41, rayonlarda 43 dərəcə isti olacaq – SABAHIN HAVASI

Sharing is caring!


Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28 dərəcə isti, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Hava Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28 dərəcə isti, gündüz 36-41 dərəcə, bəzi yerlərdə 42-43 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir