Cəmiyyət

Sabah bəzi yerlərdə 43 dərəcə isti olacaq

Sharing is caring!


Azərbaycan ərazisində avqustun 9-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-43, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir