Cəmiyyət

Bakıda avtobus və minik maşını toqquşdu, tıxac yarandı – FOTO

Sharing is caring!


Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində “Baku Bus” MMC-yə məxsus 99-JU-536 dövlət nömrə nişanlı avtobus ilə 99-TZ-823 dövlət nömrə nişanlı “Ford Fusion” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qəza səbəbindən prospektdə uzun tıxac yaranıb.

Əraziyə DYP əməkdaşları cəlb ediliblər. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir