Cəmiyyət

Bərdədə idarəetmədən çıxan avtomobil ağaca çırpıldı: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Bərdə-Tərtər yolunun Bərdənin Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Renault” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir