Cəmiyyət

Son bir həftədə 15 nəfər COVID-19-a yoluxub, üç nəfər ölüb – FOTO

Sharing is caring!


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (31.07.2023-06.08.2023) 15 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 832 036 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, 10 293 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Ölkədə son həftə ərzində 2 517, hazırkı dövrədək isə 7 663 893 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir