Cəmiyyət

“Röyal mənim yeganə övladımdır” – oğlu beta-talassemiyadan əziyyət çəkən ananın YARDIM ÇAĞIRIŞI – FOTO/VİDEO

Sharing is caring!


“Ağır xəstəlikdən əziyyət çəkən Bakı şəhər sakini 17 yaşlı Röyal Əsgərovun sizin yardımınıza ehtiyacı var”.

Bu barədə Media.Az-a onun anası Gülbahar Əsgərova müraciət ünvanlayıb.

O, müraciətində qeyd edib ki, oğlu Röyal beta-talassemiyanın ağır formasından əziyyət çəkir. Bir müddət əvvəl oğlan vərəmli meningit olub, nəticədə görmə qabiliyyətini itirib. Yeniyetmənin ailəsi hər ay onun müalicəsinə 500 manata yaxın pul xərcləsə də, hazırda yeni dərmanlarını almağa imkanları yoxdur.

“Röyal ayda iki dəfə qan və talassemiyanın yaratdığı xroniki dəmir yüklənməsindən müalicə olunur. Bunun üçün ona qarnından hər gün müvafiq dərman preparatları ilə sistem köçürülür. Bu tədbirlər oğlumun ömrünü uzatmaq üçün lazımdır. Təəssüf ki, o, vərəmin ağır formasına yoluxub. Biz dörd ay xəstəxanada yatdıq”, – deyə G.Əsgərova bildirib.

Qeyd edək ki, vərəmli meningit onurğa və beynin membranlarına təsir göstərir. Bu tip meningitli insanların 30%-ni ciddi nevroloji nəticələr gözləyir. Təəssüf ki, Röyal bu siyahıya daxildir.

“Vərəm meningiti ciddi fəsad verdi, görmə siniri atrofiyaya uğradı. Bu, orqanın sinir hissəsinə təsir edən patoloji proseslərin inkişafı səbəbindən görmə qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunan bir göz xəstəliyidir. İndi mənim oğlum ümumiyyətlə heç nə görmür. Onun görmə qabiliyyətini bərpa etmək üçün hər şeyi edirik. Bununla belə, Röyalın demək olar ki, bütün dərmanları artıq tükənmək üzrədir və yenilərini almağa imkanımız yoxdur”, – deyə yeniyetmənin anası əlavə edib.

Qadının sözlərinə görə, oğluna və xəstə anasına baxdığı üçün işləmir, həyat yoldaşı isə adi fəhlədir, lakin hazırda səhhətində yaranmış problemlə əlaqədar müvəqqəti işsizdir:

“Hazırda anamla Röyalın pensiyası (280 manat) hesabına dolanırıq. Uşağım meyvə istəyəndə ala bilmədiyim üçün ürəyim parçalanır. Ümidsizlikdən ilk dəfə insanlardan kömək üçün üz tuturam. Azərbaycan xalqından xahiş edirəm ki, bizi bu bədbəxtliklə tək qoymasın, Röyal mənim yeganə övladımdır, başına bir iş gəlsə, həyatın mənasını itirərəm”.

Röyalın probleminə biganə qalmayaq və ona imkan daxilində dəstək olaq.

Arzu edənlər aşağıdakı bank kartlarına pul köçürməklə ailəyə köməklik göstərə bilərlər:

4169 7388 9639 0964 Kapital Bank

+994 51 457 99 62 Əlaqə nömrəsi

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by @royali__yasat__

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir