Cəmiyyət

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb

Sharing is caring!


Həftəsonu respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə səkkiz nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 5-6-da ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan beş cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı səkkiz fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir