Cəmiyyət

Dəmiryol stansiyasında problem yarandı: Sərnişinlərdən kütləvi etiraz

Sharing is caring!


Sumqayıt-Bakı dəmiryol stansiyasında turniketdə texniki problem yaranıb. 

Oxu.Az xəbər verir ki, yaranan problemlə bağlı sərnişinlər kütləvi etiraz ediblər.

Belə ki, onlar 07:55-də hərəkət edəcək sürət qatarına çatmaq üçün problemin həll olub-olmayacağını soruşublar. Lakin dəmiryol işçiləri sərnişinlərə bu barədə konkret məlumat verməyib və bu da sərnişinlərin etirazına səbəb olub.

Nəticədə dəmiryol əməkdaşları sərnişinlər turniketin kənarından buraxmağa məcbur olublar.

Bu səbəbdən də 07:55 qatarında həddən artıq sərnişin sıxlığı yaranıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir