Cəmiyyət

Xızıda 11 otaqlı ev yanıb

Sharing is caring!


Xızı rayonunda ikimərtəbəli, 11 otaqlı ev yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 216 kvadratmetr olan ikimərtəbəli, 11 otaqlı evin yanar konstruksiyaları, birinci və ikinci mərtəbələrdə otaqlara yığılan altı ton ot bağlamasının 5,5 tonu və kisələrə yığılan bir ton arpa yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir